Azərbaycanda Kabel Operatorları Assosiasiyası yaradılıb

Azərbaycanda Kabel Operatorları Assosiasiyası yaradılıb

Azərbaycanda kabel televiziyası xidmətləri təqdim edən "AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) və "SN Telekom" (SNTV kabel televiziyasının təsisçisi) şirkəti Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) yaradıblar. SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaradılan təşkilatın məqsədi ölkənin kabel televiziya operatorlarının fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycandakı telekommunikasiya bazarının bu seqmentinin iştirakçılarının fəaliyyətini tənzimləyən normativ aktların hazırlanmasında iştirak, ümumi problemlərin həllində iştirak, təcrübə mübadiləsindən ibarətdir. O cümlədən, AKOA digər ölkələrin analoji strukturları ilə əlaqələrin qurulmasında da böyük maraqlıdır. Bu səbəblə də, yaxın günlərdə Bakıda AKOA-nın təşkilatçılığı ilə beynəlxalq konfransın keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, KATV1 kabel televiziyasının prezidenti Samir Qurbanov assosiasiyanın rəhbəri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə