Tanrıverdi Mustafayev: "Ölkə üzrə enerji təminatı tam bərpa edilib"
Bu gün səhər saat 04:00-dan etibarən ölkə üzrə elektrik enerjisinin təhcizatı tam bərpa olunub. SİA-nın verdiyi məlumata görə, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, fərdi qaydada kimdəsə elektrik enerjisi təchizatı yoxdursa, 199 Çağrı Mərkəzinə zəng etsin: “Hazırda elektrik enerjisinin təminatı ilə bağlı problem yoxdur. Kimdəsə elektrik enerjisi yoxdursa, zəng etsin, əməkdaşlarımız gəlib baxsın”.
Qeyd edək ki, Mingəçevr İES-də baş vermiş qəza nəticəsində əhaliyə elektrik enerjisinin verilməsində problem yaranıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB