Qanunsuz kabel və naqil istehsalına görə 7.6 milyon manat cərimə olundu

Qanunsuz kabel və naqil istehsalına görə 7.6 milyon manat cərimə olundu
Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə elektrik kabelləri və naqillərinin istehsalı ilə məşğul olan Vasif Səfərov barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, Vasif Səfərova 7,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə