Aİ-Azərbaycan PƏK iclasında Dağlıq Qarabağ müzakirələri

Aİ-Azərbaycan PƏK iclasında Dağlıq Qarabağ müzakirələri

Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh əldə edilsə, bunun iqtisadi faydaları nədən ibarət ola bilər sualı ilə çıxış edib. H.Hautala Azərbaycanda neft-qaz erasından sonra bərpa edilən enerji mənbələri ilə bağlı planın olub-olmaması ilə də maraqlanıb.

Sualı cavablandıran Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib ki, sovetlər övründə Dağlıq Qarabağ əhalisinin sosial vəziyyəti Ermənistan əhalisindən yaxşı olub: "Çünki qəriblərin həyat səviyyəsinin yüksək olmasına çalışmaq Azərbaycan xalqının qanundadır. Əgər bu gün Dağlıq Qarabağ əhalisi Azərbaycanın tərkibində yaşasaydı, həyat səviyyələri bundan yüksək olardı. Bir məqamı da qeyd edim. Dağlıq Qarabağ adlı oyuncaq qurumun seçki komissiyası elan etmişdi ki, 41 min seçici var. Ancaq sonra da elan edilir ki, 44 min hərbçinin iştirakı lə hərbi təlim keçirilir. Bu, necə ola bilər?".

"Bu münaqişələrdə böyük oyunçular var. Dağlıq Qarabağ,Cənubi Osetiya, Abxaziya, Donetsk münaqişələri niyə yaradılıb? Bu münaqişələr ona görə yaradılıb ki, bu ölkələr Avropa İttifaqı və digər qurumlarla yaxınlaşa bilməsin. Bu münaqişələrlə Gürcüstanı, Ukraynanı Avropa İttifaqına qəbul edə bilərlər?"- deyə V.Ələsgərov qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə