Türkiyənin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən idarə olunan "Petkim" şirkəti İzmir Sənayeçi və İş Adamları Dərnəyinin təsis etdiyi "İzmirin inkişafına dəstək" mükafatına layiq görülüb.
ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu münasibətlə noyabrın 9-da keçirilən mərasimdə İzmir Büyükşehir bələdiyyə başqanı Əziz Kocaoğlu mükafatı "SOCAR/Turcas" birgə müəssisəsinin icraçı direktoru və "Petkim" şirkəti idarə heyətinin üzvü Kənan Yavuza təqdim edib. K.Yavuz bu mükafatı "Petkim"də çalışanların hər birinin əməyinə verilən qiymət kimi dəyərləndirib. O, şirkətə qoyulan sərmayələrin Türkiyədə özəl sektora yatırılan ən böyük investisiyalardan olduğunu vurğulayaraq, İzmirdə neft emalı–neft kimyası–enerji–logistika zənciri yaradılmaqla Avropanın ən böyük istehsal müəssisəsinin qurulması üçün şirkət tərəfindən görülən işlərdən danışıb.
Əziz Kocaoğlu "Petkim"in sərmayə proqramlarını diqqətlə izlədiklərini və dəstəklədiklərini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB