Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə, Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar aprelin 30-da həmin ərazidə axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Sürücülər alternativ olaraq Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB