Depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib

Depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. AMB-dən SİA-ya verilən xəbərə görə, hərracda tələb 1 mlrd. 74,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 4,3 dəfə üstələyib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə