"Toyota" 130 min avtomobilini geri çağırır

"Toyota" 130 min avtomobilini geri çağırır

"Toyota" avtomobil şirkəti 130 min avtomobili geri çağırmaq qərarı alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, geri çağırılan avtomobillər "iQ" və "Passo" modelləridir.

Qeyd edək ki, bu avtomobillər 2008-2010-cu illərdə istehsal edilmiş modellərdir. Avtomobillərin geri çağırılmasına səbəb proqram təminatında yaranmış qüsurlardır. Bu qüsurlar nəticəsində "Toyota" şirkətinin imicinə ziyan dəyəcəyini düşünən şirkət rəhbərliyi avtomobilləri geri çağırmaq yolunu seçiblər.

Qeyd edək ki, ötən ilin sonu, bu ilin əvvəlində şirkət dünya üzrə 9 milyon avtomobili geri çağırıb. 2008-ci ildə şirkət 8,97 milyon, 2009-cu ildə isə 7,81 milyon avtomobil satıb.

Bütün xəbərlər Facebook səhifəmizdə