Naxçıvanda təcili tibbi yardım avtomobilləri istehsal ediləcək

Naxçıvan Avtomobil Zavodunda təcili tibbi yardım avtomobilləri yığılacaq Naxçıvan Avtomobil Zavodunda təcili tibbi yardım avtomobillərinin yığılıması məqsədilə texnoloji-konstruktor işlərinə başlanılıb. SİA-nın naxcivantv.az-a istinadən verdiyi xəbərə görə, zavodda 14 modeldə avtomobil istehsal olunur. Hazırda burada 130 ədəd “NAZ-Lifan-330” markalı avtomobillər yığılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən zavodun istehsalı olan “NAZ Lifan-5028” modelinin əsasında təcili tibbi yardım avtomobillərinin yığılması üçün də işlərə başlanılıb.

Bu iş Çin mütəxəssisləri ilə birlikdə həyata keçirilir. Nəzərdə tutulub ki, yaxın vaxtlarda zavodda təcili tibbi yardım avtomobillərin istehsalına başlanılsın.

Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Bu il isə Şərur və Culfa rayonlarında texniki xidmət sahələri yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə