Müsbət saldo 760 milyon dollara yaxın olub

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 mlrd. 661 mln. 992,58 min ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1 mlrd. 036 mln. 032,85 dollar və ya 39,45% çoxdur.

Ötən iki ay ərzində idxal əməliyyatları 1 mlrd. 451 mln. 527,63 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 479 mln. 557,09 min dollar və ya 49,34% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 2 mlrd. 210 mln. 451,63 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 556 mln. 475,76 min dollar və ya 33,64% çoxdur.

Nəticədə 758 mln. 924,27 dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin iki ayı ilə müqayisədə 76 mln. 918,67 min dollar və ya 11,28% artım deməkdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə