Bu il Azərbaycanda tikintiyə 6.2 milyard manat vəsait sərf olunub

Bu il Azərbaycanda tikintiyə 6.2 milyard manat vəsait sərf olunub
Doqquz ay ərzində bütün maliyyə mənbələrindən tikinti kompleksində 6,2 milyard manat məbləğində vəsaitdən istifadə olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, istifadə edilən vəsaitin 4,8 milyard manatını və ya 77,3 faizini daxili vəsaitlər, 1,4 milyard manatını xarici mənbələrdən ayrılmış vəsaitlər təşkil edib
Ötən illə müqayisədə əsas kapitala yönəldilən vəsait 15,2 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait 6,6 faiz artıb.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərin tikintisinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulan 3549,0 milyon manat vəsaitin 1957,5 milyon manatından istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə