ABŞ iqtisadiyyatı artıb

ABŞ iqtisadiyyatı ötən ilin 4-cü rübündə proqnozdan daha yavaş artıb. Ancaq istehlakçı xərcləri və investisiyalar iqtisadiyyatın 2018-ci ilə güclü giriş etdiyinə işarə edib.

ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, 3-cü rübdə 3.2% artan iqtisadiyyat 2017-nin son rübündə 2.6% artıb. Proqnoz 3% idi.

İqtisadiyyatın ən böyük hissəsini təşkil edən şəxsi istehlak 4-cü rübdə 3.8% artıb. Bu, təxminən 2 ilin ən böyük artımı olub. Proqnoz 3.7%, əvvəlki isə 2.2% idi. Baza PCE isə proqnoza paralel olaraq 1.9% artıb.

Prezident Donald Trampın vergi islahatlarının iqtisadiyyata bu il xüsusi dəstək verəcəyi, ancaq Trampın 3%-lik iqtisadi artım məqsədinə çatmasının çətin olacağı bildirilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə