Bəhram Əliyev: "Hindistandan camış ətinə qadağa ilə bağlı qərar yoxlamaların nəticələri açıqlanandan sonra veriləcək"

Bəhram Əliyev: "Hindistandan camış ətinə qadağa ilə bağlı qərar yoxlamaların nəticələri açıqlanandan sonra veriləcək"
Hindistandan gətirilən 600 tona qədər camış ətinə qadağa qoyulub və hazırda onların tərkiblərində yoxlama işləri aparılır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, yoxlamanın nəticələri bu həftənin sonlarında açıqlanacaq. Onun sözlərinə göər, əgər "hə" cavabı veriləcəksə idxal davam etdirələcək, əgər qadağa qoyulacaqsa dayandırılacaq.

"Camış əti də yeyilir, ancaq onun xəstəliyi varsa, həmin məhsulu gətirmək olmaz. Hər bir gələn məhsul bioloji silahdır. İstər əkinçilik, istər hevdarlıq sahəsində idxal-ixrac məsələlərində çox önəmli məsələdir. Bütün məhsullar yoxlanmalı və yekun qərar verilməlidir. Baytarlıq Xidməti bununla məşğuldur və bu həftənin sonunda yoxlamanın cavabı açıqlanacaq və sonra qərar qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə