210 qutu pirotexniki vasitə saxlanıldı

210 qutu pirotexniki vasitə saxlanıldı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin oturacağının arxasında 210 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə