ABŞ Qazaxıstanın 22 milyard dollarını dondurub

ABŞ Qazaxıstanın 22 milyard dollarını dondurub

Amerikanın Mellon Nyu York Bankı Qazaxıstan Milli Fondunun 22 milyard dollarlıq hesabını dondurub. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Hesabın dondurulmasına moldovalı biznesmen Anatoli Statinin Qazaxıstan hökumətinə qarşı qaldırdığı iddia səbəb olub.

Astananın hesabının dondurulmasından sonra Qazaxıstan Mərkəzi Bankı Mellon Nyu York Bankını məhkəməyə verib. Məhkəmənin Londonda keçiriləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə