Araz Yağubov, “Yaşıl çay” FT MMC-nin direktoru
Bu il ilk dəfə Lənkəran şəhərində keçirilən “Çay, çəltik və sitrus meyvələri” festivalı tarixin yaddaşına qovuşdu. Sual yaranır, bir İlkə imza atan Lənkəran Şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə düzənlənən festival bizə nə verdi və gələcəkdə nə vəd edir? İlk ondan başlamaq lazımdır ki, dekabrın bu soyuq günlərində məhsul bolluğu festivalı ilk növbədə rayon sakinlərinə əvvəcə maraq, sonra isə xoş əhval-ruhiyyə bəxş etdi. İstər yerli sakinlər, istərsə də xaricilər Lənkəranda istehsal edilən kənd təsərrüfatı, emal sənayesi müəssisələrininin məhsulları ilə daha yaxından tanış oldular. Soyuq havaya baxmayaraq, vətəndaşlar və rayonumuzun qonaqları axın-axın bu festivala gəlir, özləri üçün lazım olan məhsulları alır, şəkillər çəkdirirdilər. Festivala təkcə yerli sakinlər deyil, bir çox ölkələrdən Lənkərana turist kimi gələn qonaqların da böyük maraq göstərdiklərinin şahidi olduq. Heydər Əliyev xatirə parkında qurulan köşklərdə hər kəs xoşladığı məhsullardan alır, yerli, təbii çaydan içərək, təzə şirniyyatdan və milli yeməklərdən dadmaq imkanı əldə edirdilər.
Burada təkcə kənd təsərrüfatı, emal sənayesini məhsulları ilə deyil, həmçinin rayonumuzun tarixi, onun folklor sənəti, qədim sənətkarlıq ənənələri və məmulatları, milli kulinariya nümunələri ilə yaxından tanış olmaq imkanı yaradılmışdı.
Mən də bir iş adamı kimi Azərbaycanda ilk dəfə Lənkəranda keçirilən bu festivalda müəssisəmizin istehsalı olan 16 növdə çayla iştirak edirdim. Çayın dərişindən tutmuş onun emalına, dəmlənməsinə qədər hazırladığımız kompozisya tamaşaçıların böyük marağına səbəb oldu. Yüzlərlə iştirakçı pavilyonumuza yaxınlaşaraq yaşıl çay yarpaqlarından hazırladığımız “çay adam”la, çay qutularından istifadə edilməklə yaratdığımız samovar və qız qalası maketləri qarşısında həvəslə şəkil çəkdirir, növbənöv çaylarımızla tanış olur, onların keyfiyyəti, dəmlənmə qaydaları ilə maraqlanır, işçilərimizin dəmlədiyi çaylardan içirdilər.. O cümlədən “Palmalife” otelində qonaq olan çoxsaylı Rusiya, Kazaxıstan və digər xarici ölkədən olan qonaqlar mənə yaxınlaşıb çaylarımızla ciddi maraqlanırdılar, bu çaylardan ölkələrinə aparmaq məqsədilə əlaqələr yaratmaqda maraqlı olduğunu söylədilər. Bir sahibkar kimi bu məni sevindirməyə bilməzdi. Bu onu göstərirdi ki, ötən 10 il ərzində çəkdiyimiz zəhmət hədər getməyib. Cənab Prezident İlham Əliyevin özəl sektorun inkişafı üçün götürdüyü dönməz siyasi xətt öz bəhrəsini verir. Xüsusən möhtərəm Prezidentin sədrliyi ilə bu ilin sentyabrın 3-də Lənkəran şəhərində keçirilən “Çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafına həsr olunan müşavirə bölgəmiz üçün ənənəvi olan bu sahələrin yenidən bərpa edilməsinə ciddi stimul verdi. Məncə hazırkı festival da məhz həmin müşavirənin ruhundan doğaraq yaddaşlarda dərin iz buraxdı.
Bu festifal bizə daha sürətli, daha inamlı inkişaf istiqamətlərini əyani surətdə göstərməkdə faydalı oldu. Gördük ki, özəl sektor, o cümlədən aqrar sahə inamla inkişaf edir. Bizdə əgər çayçılıq və digər sahələrdə əldə edilən nailiyyətlər sevinc doğurursa, digər özəl müssisələrdə çəltikçilik, sitrus meyvəçiliyində nəzərə çarpan irəliləyişlər əldə edilb. İcra başçımız hörmətli Taleh Qaraşov festivalda çıxışı zamanı qeyd etdi ki, rayonumuzda çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyin daha da inkişaf etdirilməsi üçün bundan sonra da bütün imkanlardan maksimum surətdə istifadə ediləcək. Dövlətimiz tərəfindən aqrar sahədə çalışan iş adamları hərtərəfli qayğı və diqqətlə əhatə ediləcəklər.
Qeyd etməliyəm ki, bu festifal bizə gələcək festivalların daha üst səviyyədə keçirilməsində bir nümunə oldu. Növbəti festivalın daha samballı təşkili üçün bizə yollar göstərdi. İnanıram ki, bu kimi tədbirlər daha tez-tez təşkil ediləcək. Çünki bu cür festivallar aqrar sahənin inkişafında güclü stimulverici rol oynayır.
Azərbaycanda ilk dəfə Lənkəran şəhərində təşkil edilən “Çayçılıq, çəltik və sitrus meyvələri” festivalı bir daha göstərdi ki, aqrar sahənin inkişafı üçün ölkəmizdə hər cür şərait vardıır. Biz fermerlər çalışmalıyıq ki, rayonumuzda çayçılıq, çəltikçilik və sitrusçuluq kimi sahələri daha sürətlə inkişaf etdirək. Çünki dövlətimizin bu sahələrin inkişafına marağı və dəstəyi yetərincədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB