OPEC-in neft hasilatı azalıb

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft hasilatı noyabrda azalıb. Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı noyabrda oktyabrla müqayisədə gündəlik 133 min barrel azalaraq 32 milyon 450 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 33,3 faizə geriləyib.

Keçən ay OPEC üzrə xam neft istehsalı ən çox Nigeriyada artıb, Anqola, Səudiyyə Ərəbistanı, Venesuela və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) isə hasilat azalıb.

Noyabrda dünya üzrə 2 min 139 neft quyusu istismara verilib. Bu quyulardan 548-i OPEC-ə üzv olan ölkələrdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə