Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən SİA verilən məlumata görə, bu gün keçirilmiş hərracda tələb 292,50 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülən faiz dərəcəsi isə 10,68% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifdən 1,36 dəfə az olub.
Qeyd edək ki, bugünkü depozit hərracında 400 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB