Ziyad Səmədzadə: “2011-ci ilin dövlət büdcəsinin gəlirləri 2005-2010-cu illərin dövlət büdcələrinin gəlirlərindən artıqdır” - BÜDCƏ

Ziyad Səmədzadə: “2011-ci ilin dövlət büdcəsinin gəlirləri 2005-2010-cu illərin dövlət büdcələrinin gəlirlərindən artıqdır” - BÜDCƏ

2011-ci ilin dövlət büdcəsinin gəlirləri 2005-2010-cu illərin dövlət büdcələrinin gəlirlərindən artıqdır. SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə büdcə layihəsinin müzakirələri zamanı çıxışında deyib.

O bildirib ki, bu sənəd ölkə iqtisadiyyatını, milli müdafiə və təhlükəsizliyi təmin edən bir qanun layihəsidir. Ölkədə qeyri-neft sektoruna olan qayğıya toxunan komitə sədri söyləyib ki, ölkəmizdə bu sektora dövlət qayğısının artırılması prioritet istiqamətlərdəndir: "2011-ci ilin dövlət büdcəsinin 33 faizi sosial xərclərə yönəlib. Bu da o deməkdir ki, 2011-ciin dövlət büdcəsində sosial sahənin çəkisi artıb. Azərbaycanın büdcə kəsrləri 1.7 faizdir. 2003-cü ildə adambaşına düçən büdcə gəlirləri 150 manat, adambaşına düşən xarici borclar 190 manat ididsə, 2011-ci ildə adambaşına düşən büdcə gəlirləri 1630 manat, xarici borcları isə 250 manatdır. Bu da o deməkdir ki, adambaşına düşən büdcə gəlirləri 6 dəfədən çox artıb. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib".

Iclas davam edir. Hazırda maliyyə naziri Samir Şərifov 2011-ci ilin dövlət büdcəsi haqqında məlumat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə