Səudiyyə Ərəbistanının energetika naziri, OPEC və müttəfiqlərinin bu ayın sonunda keçirəcəkləri iclasda hasilat məhdudlaşdırmalarının vaxtının uzadılmasının lazım olduğunu bildirib. SİA xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih, mart ayında müddəti başa çatacaq müqavilənin axırına qədər qlobal neft ehtiyatlarının orta səviyyələrə düşməsinin mümkün olmadığını bildirib.
Məsələ ilə əlaqədar mənbələrdən əldə edilən məlumata görə, OPEC-in müttəfiqi Rusiya, 30 oyabrdakı toplantıda müqavilənin uzadılmasına razı deyil.
Əl-Falih, cümə günü Bloomberg-ə verdiyi müsahibədə, "Mart ayının sonunda istədiyimiz səviyyədə olmayacağımızı bilməyimiz lazımdır. Müqavilənin müddətinin uzaldılması lazımdır. Şəxsi məqsədim, bazara aydınlıq gətirmək və 30 noyabrda nə edəcəyimizi bəyan etməkdir" deyə bildirib.
Əl-Falihin açıqlamasından sonra neft 2%-dən çox bahalaşıb. Brent neftinin qiyməti 62,74 dollara qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB