Sentyabr ayında BTC kəməri vasitəsilə 3 milyon 139 min ton Azərbaycan nefti nəql olunub

Sentyabr ayında BTC kəməri vasitəsilə 3 milyon 139 min ton Azərbaycan nefti nəql olunub
2010-cu ilin sentyabr ayı ərzində Bakı Tbilisi Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3 milyon 139 min ton Azərbaycan nefti nəql olunub. Bu barədə SİA-ya Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 27 milyon 963 min 803 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2010-cu ilin oktyabr ayının 1-ə qədər BTC-yə 134 milyon 501 min ton neft vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə