DGK sədri beynəlxalq toplantıda iştirak edir

DGK sədri beynəlxalq toplantıda iştirak edir

Kolumbiyanın Kartagena şəhərində bu ölkənin Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi öz işini yekunlaşdırıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 3-də isə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının (IAAOE) 1-ci iclası keçirilir. İclasda "Səlahiyyətli İqtisadi Operator: Amerika və Avropada irəliləyişlər və çağırışlar", "İdarəçilik və müvəffəqiyyət" və s. mövzularda məruzələr dinlənilib.

Xatırladaq ki, beynəlxalq toplantıda DGK sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə