"Milli Şura ölkədə sabitliyi pozmaq niyyətindədir" AÇIQLAMA
Milli Şuranın prezident seçkiləri öncəsi aktivləşməsi sifarişlə atılan addımlardan biridir. Bu, birmənalı şəkildə xarici dairələrin göstərişidir. Bu sözləri SİA-ya açıqlamasında QHT sədri Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, mitinq iştirakçıları etiraf edirlər ki, aksiylarda iştirak edənlərə vəsait verilir: “Bəs Milli Şura bu qədər maliyyəni haradan əldə edir. 80 minlik avtomobillə mitinqə gələn Əli Kəriml mitinqlərə on minlərlə pul xərcləyir. Artıq hər kəsə məlumdur ki, erməni lobbisinin pulları Əli Kərimliyə xarici ölkələrdə olan bank hesabları vasitəsi ilə çatır. Bunun müqabilində isə Milli Şura ölkədə olan sabitliyi pozacağını vəd edib. Xalqımız hər şeyi yaxşı başa düşür və gedən prosesləri görür. Milli Şura həm də ölkədə sağlam müxalifətin formalaşmasının qarşısını alır, yüzlərlə gənci öz maraqlarına qurban verir. Bu səbəbdən keçirilən bütün mitinqlər heç bir effekt verməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB