Kulevi terminalı sentyabr ayında 312718 ton neft və neft məhsulları qəbul edib

Kulevi terminalı sentyabr ayında 312718 ton neft və neft məhsulları qəbul edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi "Qara Dəniz Terminalı" Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neft və neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracını uğurla həyata keçirməkdədir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, terminal cari ilin sentyabr ayı ərzində 312718 ton neft və neft məhsulları qəbul edib.

Qeyd edək ki, ötən ay terminal vasitəsi ilə 347332 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib. Kulevi "Qara Dəniz Terminalı" istismar müddətində 278 tanker qəbul edib və yola salıb ki, bunun da 66-sı 2008-ci, 112-si isə 2009-cu ilin payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə