Qorbaçovun saxta pul kəsən məşhur sürücüsü...

Pulda 4 mühafizə sistemi olur. Onlardan birincisi adi insanların müəyyən etmələri üçün olan və pulu tərpədəndə rəngi dəyişən işarədir. Digərləri isə aparatlar, xüsusi işıqlar vasitəsilə müəyyənləşdirilir. Axar.az xəbər verir ki, bunu Azər Türk Bankın mətbuat katibi Rauf Ağayev saxta valyutalardan qorunmağın yolları haqqında danışarkən deyib. O bildirib ki, saxta pulun tarixi, demək olar ki, həqiqi pulun ortaya çıxması ilə eynidir:

“Saxta pulun hazırlanması ilə bağlı dövlətlər səviyyəsində çox böyük cəzalar tətbiq olunub. Dünya səviyyəsində saxta pullar içərisində ən çox rast gəlinən dollardır. Ölkədən asılı olmayaraq, harada şəraiti qura bilirlərsə, orada da saxta pulun hazırlanmasını həyata keçirirlər. Daha çox hazırkı dövrdə ərəb, Afrika ölkələrində bu cür saxta pullara rast gəlinir. Vaxtilə İraqda çap olunan saxta dollar, “ən yaxşı saxta dollar" hesab olunurdu. Çünki əslindən bir o qədər də seçilmirdi. İqtisadiyyatı çökdürmək üçün çap olunan saxta dollarlar isə tamamilə başqadır. Onu gerçəyindən çox çətinliklə seçmək olur. Vaxtilə İngiltərə iqtisadiyyatını da çökdürmək üçün saxta funt-sterlinqlər dövriyyə buraxılmışdı".

Ekspert bildirib ki, manat olduqca yüksək mühafizə sisteminə malik olan əsginazdır:

“Azərbaycan saxta dolların yayılması üçün o qədər də əlverişli yer deyil. Çünki xarici valyutanın miqdarı və əhalinin sayı azdır. Dünyada ən çox saxta pul dəyişən erməni olub. O, 15 milyon dolları dəyişdiyini etiraf edib. Həmin erməni dağda sex qurub, orada saxta pul kəsirmiş. Həyat yoldaşı da deyirmiş ki, ərinə həkim resept yazıb ki, dağ havasında çox gəzsin, ona görə də dağa gedir. SSRİ məkanında ən böyük məbləğdə saxta pul isə Mixail Qorbaçovun Baranov soyadlı sürücüsündə olub. Onun düzəltdiyi saxta pullar Rusiya Daxili İşlər Nazirliyinin muzeyində saxlanılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...