Hidrotexniki qurğuların təmiri diqqət mərkəzindədir

Hidrotexniki qurğuların təmiri diqqət mərkəzindədir

“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakada, meydança və özüllərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. SOCAR-dan SİA-ya verilən məlumata görə, N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı qəzalı vəziyyətdə olan 618 saylı estakadayanı meydançada aparılıb təmir-bərpa işləri nəticəsində buradakı 717 nömrəli quyu fəaliyyətsiz fonddan istismara qaytarılıbdır. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4686-4669 metr intervaldan gündəlik 15 ton neft və 1800 kubmetr qaz hasilatı ilə istismara daxil edilibdir.

Qeyd edək ki, hazırda 618 saylı estakadayanı meydançada ümumilikdə 3 quyu işlənilir. Bu quyulardan sutkada 37 ton neft və 7400 kubmetr qaz hasil olunur.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə