"Ermənistan danışıqlardan yayınmasa irəlliləyiş ola bilər" AÇIQLAMA
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan Nyu-York görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, bu görüşdə tərəflər konkret məsələlər ətrafında müzakirələr aparıb:
“Əgər Ermənistan gələcək danışıqlardan yayınmasa, uzun illər regionda narahatlıq yaradan bu münaqişənin həlli istiqamətində müəyyən irəlliləyişin olacağından danışmağa imkan yaranar. Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşüb. Görüş zamanı münaqişənin həlli ilə əlaqədar geniş müzakirələr aparılıb və həmsədrlərə Azərbaycanın mövqeyi çatdırılıb. Görüşün nəticələrini öncədən proqnozlaşdırmaq çətindir. Amma tərəflərin hərəkətə keçməsi müsbət nəticələrin olacağına ümüd verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB