Türkiyə və Azərbaycan münasibətlərinin dərin kökləri var və kimsə onu sarsıda bilməz ŞƏRH
“Türkiyə müstəqil dövlətdir və xarici siyasət fəaliyyətini milli maraqlarının təmin edilməsi və faydalar üzərində qurur. Avrasiya İqtisadi İttifaqına üzv olmaq barədə təklifin Ankaraya yollanması hələ onun reallaşdırılması demək deyildir. Niyyətin reallaşdırılması bir prosesdir və çoxlu diplomatik tərəfləri vardır”. Bu sözləri SİA –ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, Türkiyə Qərb blokunun üzvü olduğundan bu məsələyə dair geniş məsləhətləşmələr aparılacağı şəksizdir: “Türkiyənin Qərb blokundan ayırlması inandırıcı deyildir. Bu, çoxtərəfli xarici siyasətin təzahürüdür.
Ermənistanın mövqeyinə gəlincə isə açıq söyləmək lazımdır, Aİİ-də Ermənistan heç bir məsələni həll etmir, Rusiya necə hökm edirsə, elə də hərəkət edir, rəsmi İrəvan boynu Moskva qarşısında o qədər əyridir ki, hətta başını qaldırıb etiraz etmək iqtidarında deyildir. Təbii ki, Ermənistan istəyini irəli sürə bilər.
Lakin Rusiya hansı qərarı qəbul etsə, vassal asılılığında olan ölkə onu da qəbul edəcək. Rusiya isə bir vilayəti halında olan Ermənistana görə Türkiyə ilə münasibətlərini heç bir zaman pisləşdirmək istəməz. Belə addım xüsusən indiki beyənlxalq şəraitdə Rusiyanın maraqlarına tamamilə ziddir. Onsuz da Rusiyada bilənlər var ki, ermənilər daxilən Rusiyaya, ruslara nifrət edirlər və onu arxadan vurmaq üçün əlverişli şərait gözləyirlər. Ermənistan Azərbaycan-Türkiyə münasibətlərini soyuqlaşdırmaq gücündə deyildir. Türkiyə və Azərbaycan münasibətlərinin dərin kökləri vardır. Onu kimsə sarsıda və zədələyə bilməz.
Türkiyə sözü və işi vəhdət təşkil edən bir dövlətdir. Türkiyə-Ermənistan sərhədləri Azərbaycanın Kəlbəcər rayonu təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra bağlanıb. Mövcud səbəb aradan qalxmayınca Türkiyənin qəbul etdiyi qərarından geri addım atacağı inandırıcı deyildir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB