Benzin satışı artıb Türkiyədə

İyul ayında Türkiyədə benzin satışı 7 faiz artıb, LPG satışı isə 5,72 faiz azalıb. Bu barədə Neft Sənaye Dərnəyi (“Petder”) məlumat yayıb. Bildirilir ki, bu ilin iyul ayında ölkədə benzin satışı ötən ilin eyni ayına görə 7 faiz artıb. Ötən ay benzin satışı ümumilikdə 315 min 880 kubmetr olub. LPG satışı isə 5,72 faiz azalaraq ilə 300 min 127 ton olub.

İlin ilk 7 ayında Türkiyədə benzin satışı 3,3 faiz artaraq 1,72 milyon ton, dizel satışı isə 8,13 faiz artaraq 15,4 milyon kubmetr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə