Uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətində artım müşahidə edilməyib
Son zamanlar əhalinin geyim və məktəbli ləvazimatlarının artım olduğu iddiasi İqtisadi İnkişaf Nazirliyi tərəfindən araşdırılıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar süni qiymət artımının qarşısını almaq məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakıda, eləcə də respublikanın regionlarında uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin monitorinqi aparılıb.
Keçirilmiş monitorinqlər zamanı uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətində artım müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB