2017-ci ilin iyun ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10450 metr qazma işi həyata keçirilib.
Bu sahədə görülmüş işlərin 10111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73789 qazma işi görülüb ki, bunun da 68007 metri istismara, 5782 metri isə kəşfiyyata aid olub.
2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB