Bu terror aktını bütün dünyaya çatdırmaq üçün hansı addımlar atılmalıdır?

Bu terror aktını bütün dünyaya çatdırmaq üçün hansı addımlar atılmalıdır?

“Yaşlı məsum bir qızın - Zəhranın qətli təkcə Azərbaycan üçün yox, bəşəriyyət, insanlıq üçün faciədir. 2 yaşlı bir körpənin qətlindən böyük cinayət yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət belə dəhşətli cinayətlərə biganəlik göstərməməlidir: “Ana, uşaq və nənə qatilləri cəzasız qalmamamalıdır. Azərbaycan dövləti və xalqı, tariximizdə dəfələrlə təkrarlanan faciəvi olayların davamı olaraq, yenidən iyirmi beş ildən artıqdır ki, məlum dövlətlərin məkrli siyasətinin tərkib hissəsi kimi, Ermənistana göstərilən havadarlıq nəticəsində erməni işğalından və vandalizmindən əziyyət çəkir. Özünü məzlum göstərib,sonradan “qalibin yanında başkəsən” funksiyasını yerinə yetirən erməni vandalları məhz öz havadarlarına arxayın olaraq “APREL DÖYÜŞLƏRİNDƏN” nəticə çıxarmayıb, yaşlı, qadın, uşaq bilmədən, yenidən dinc əhalini hədəfə almaqdan, mülki əhaliyə qarşı qətliam törətməkdən belə utanmırlar. Təəssüf ki, 25 ildən artıqdır ki, beynəlxalq ictimaiyyət bu erməni vandalizminə biganədir, beynəlxalq təşkilatlar isə daha çox susurmağa və mənasız açıqlamlar verməyə üstünlük verirlər.

Ermənistan ordusu Füzulidə mülki qadın və uşaqların qətliamı ilə bir daha insanlığa qarşı növbəti cinayətini ortaya qoydu. 2 yaşlı məsum bir qızın- Zəhranın ölümü təkcə Azərbaycan üçün yox, bəşəriyyət, insanlıq üçün faciədir. Bu 2 yaşlı məsum körpənin ölümü hər kəsi sarsıdıb.

Bu faciənin təkrarlanmaması üçün hər kəs əlindən gələni etməlidir. Bu terror aktının və vandalizmin pislənməsi üçün beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlar müraciətlər intensivləşdirilməlidir. Beynəlxalq ictimaiyyət cəbhə xəttində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdikləri cinayətlərə biganə qalmamalıdır. Avropa Şurası, ATƏT PA və digər strukturlar bu insidentlə bağlı səssiz qalmamalı və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün zəruri addımlar atmalıdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin uzadılmasına yox, həllinin sürətləndirilməsinə yönəldilməlidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq və regional qurumların erməni hərbi birləşləmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması barədəki məlum 4 Qətnamə və qərarları işə düşməlidir.

Uşaq, ana və nənə qatilləri cəzasız qalmamalı, öz layiqlı cəzalarına çatmalıdırlar. Bu işdə beynəlxalq məhkəmə praktikasından səmərəli istifadə edilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı azərbaycanlılara qarşı törədilmiş vandalizm aktları, xüsusən Xocalı faciəsi beynəlxalq səviyyəyə qaldırılmalı və soyqırımı kimi tanınmasına nail olunmalıdır. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdən ötrü Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirilib bizim mülki şəxslər üçün təhlükə yaradan bütün təhlükə nöqtələrini məhv etməlidir.

Dağlıq Qarabağ münaqişəsi ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, güclü iqtisadiyyat – güclü ordudan səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir”.

Əli Məsimli sonda qeyd edib ki, Ermənistanın silahlı qüvvələrinin öz xislətlərinə tamamilə uyğun gələn atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsindən hiddətlənib, bu vandalizmi pisləyir və həlak olmuş şəxslərin Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızının ailələrinə dərin hüznlə başsağlığı verir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə