Dollar ucuzlaşdı

İyun ayının 21-də banklararası ticarətdə dollar yenidən düşüb. “Bloomberg” terminalında dollar günə 1.6906 manat kursu ilə başlayıb və 1.6861 manata qədər ucuzlaşıb. Başqa sözlə, dollar manat qarşısında 0,82% dəyər itirib.

Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə