Ümumi çəkisi 946 kq saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı Bakının Nəsimi, Nərimanov, Binəqədi, Xətai rayonlarında, Tovuz, Ucar, Samux rayonlarındakı ticarət obyektlərində ümumi çəkisi 946 kq saxlama müddəti ötmüş ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, tamlı məhsullar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Nazirıikdən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə