Nazir: “Nabucco ilə AGRI bir-birinə alternativ layihələr deyil”
Nabucco ilə AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) bir-birinə alternativ layihələr deyil. SİA-nın verdiyi xəbərə görə, bu sözləri sənaye və enrgetika naziri Natiq Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib. Layihələrin bir birindən tamamilə fərqləndiyini dilə gətirən nazir onları fərqləndirən cəhətlərə aydınlıq gətirib: "Nabucco layihəsi iri bir layihədir. Bu layihə 31 miyard kubmetrin sahilə çatdırılmasını nəzərdə tutur ki, bu layihə vasitəsilə nəinki Xəzər regionundan, Mərkəzi Asiyadan həmçinin İran, İraq, Misir, Əlcəzair başqa istiqamətlərdə təbii qaz cəlb olunması nəzərdə tutulub. Amma AGRi layihəsi kiçik bir həcmdə yalnız Rumıniyanın və başqa ölkələrin təlabatını ödəmək üçündür".
Macarıstanın layihəyə qoşulması məsələsinə toxunan nazir bunu müsbət hal kimi qələmə verib: "Ona görə ki, Macarıstan da Avropa İttifaqının bir ölkəsidi. Bildiyiniz kimi Rumıniya ilə Macarıstanın ilin sonun qədər qaz şəbəkəsi birləşdirilir. Bu şəbəkənin birləşməsi əgər lazım olarsa Azərbaycan qazının Rumıniyadan Macarıstana, ordan da Avstriyaya qaz mərkəzi olan Vanqarda çatdırılmasına imkan yaradacaq. Vanqardda qaz anbarları, eyni zamanda bütöv Avropanın qaz infrastrukturu orada yerləşir. Ora çatan qazı istənilən yerə çatdırmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB