2010-cu il avqust ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1809 ədəd olub. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd çoxdur. Cari ilin avqustun 1-nə bankomatların 1014-ü Bakı şəhərində, 795-i isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8769 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 284 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7980-i Bakı şəhərində, 789-u isə digər regionlarda yerləşir.
2010-cu ilin avqust ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı keçən ilin müvafiq dövrünə 10,4% artaraq 4154 min. ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4343 min ədəd olub. Onlardan 95,8%-i debet kartlarının payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB