ARDNF-nin 2010, 2011, 2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini Ernst end Yanq" şirkəti həyata keçirəcək
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2010, 2011, 2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq, xidmət təkliflərinin cəlb olunması proseduru keçirib. SİA-nın məlumatına görə, xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində ən münasib təklif vermiş "Ernst end Yanq" şirkəti müsabiqənin qalibi müəyyən edilib və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fondun 2010, 2011, 2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB