“Yeni İpək Yolu” layihəsinin iştirakçıları Kulevi “Qara Dəniz Terminalı”nda olublar

“Yeni İpək Yolu” layihəsinin iştirakçıları Kulevi “Qara Dəniz Terminalı”nda olublar
Gürcüstanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi "Qara Dəniz Terminalı"nda "Yeni İpək Yolu- Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası" layihəsinin iştirakçıları ilə görüş olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, terminal rəhbərliyi ilə görüşdən sonra daha ətraflı məlumat toplamaq məqsədi ilə layihə iştirakçılarının Terminalda ekskursiyası təşkil olunub. Layihənin əsas məqsədi Azərbaycan qazının Avropa bazarlarına çıxarılması yolunda irəliləmək üçün bir araya gəlmiş Amerika, Azərbaycan və Türk tələbələrindən ibarət qrupun qazla dolu kanistri İstanbula catdırmasıdır. Layihə iştirakçılarına Montana Dövlət Universitetinin (ABŞ) professoru, jurnalist, "Azərbaycan gündəliyi", "Gürcüstan gündəliyi", kitablarının müəllifi, "Montanada muğam" filminini müəllifi, "Bakı-Tbilisi-Ceyhan Neft Odisseyası" layihəsinin müəllifi Tomas S. Qoltz rəhbərlik edir. O həmçinin gerçəkləşdirilən layihənin də müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə