"2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi qəbul edildi

"2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi qəbul edildi

Milli Məclisin bugünkü plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib. SİA-nın xəbərinə görə. millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub: "İqtisadiyyatın yeni reallıqlara adaptasiya baş verib".

Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə