"Bank of America Merrill Lynch"ın analitikləri Michelle Meyer və Mark Cabana hazırladıqları hesabatda Fed gözləntilərini açıqlayıblar. SİA xəbər verir ki, hesabatda, bazarlardakı qiymətlərdə May ayında faizin artırılmasının əks olunmadığı qeyd olunub. Ekspertlərin ümumi fikri; Fed-in ritorikasında kiçik dəyişikliklər edəcəyi, ancaq İyun toplantısına dair güclü siqnallar verməyəcəyi istiqamətindədir.
Hesabatda, "Ümumiyyətlə İyunda faizin artırılmasının yaxın ehtimal olduğunu, ancaq Fed rəsmilərinin faizin artırılmasının uyğun olub-olmadığı barədə qərar vermədiyini düşünürük. Bu məqamda Fed rəsmiləri İyun toplantısına dair mesaj verməzdən əvvəl, əlavə məlumatları görmək istəyəcəkdir. Fed, Aprel ayı məşğulluq, pərakəndə satış və inflyasiya göstəricilərini izləyəcəkdir. Bütün bu göstəricilər May ayı iclas protokolları ərəfəsində açıqlanacaq, bu da protokollardakı tonun Fedin bəyanatından daha əhəmiyyətli ola biləcəyini göstərir" -ifadələrinə yer verilib.
Martda pis çıxan inflyasiya göstəricisindən sonrası inflyasiya məsələsinin mərkəzdə olacağına diqqət çəkilib və "İnflyasiya məsələsində fikirlərin əhəmiyyətli şəkildə dəyişməsini gözləmirik. Rəsmilər Aprel ayı inflyasiya göstəricisini görmək istəyəcəkdir. İnflyasiyanın orta müddətdə 2%-də stabilləşməsi fikirinin də təkrarlanacağını gözləyirik" - şərhi edilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB