Qəbul edilən qanunvericiliyin, tətbiqinə başlanıb AÇIQLAMA

Artıq saytların bağlanması ilə bağlı bir müddət öncə qəbul edilən qanunvericiliyin, tətbiqinə başlanıb. Bu sözləri SİA-ya açıqlamasında Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, son dəyişikliyə görə saytlara müraciətlər məhkəmə qərarı olmadan da bağlana bilir: "Yəni icra qurumu saytı qapadıqdan sonra da məhkəməyə müraciət edə bilir. Bir neçə gün öncə müvafiq icra qurumunun saytların bağlanması ilə bağlı məhkəmələrə müraciət qaydası da qanunvericilikdə öz əksini tapıb. Bundan sonra , nəhayət ki, dünən məlum oldu ki NRYTN bəzi resurslara girişin qapadılması üçün məhkəməyə müraciət edib və bu gün müraciətə baxılmalıdır. Müraciətin nə zaman edildiyi məlum deyil. Amma mövcud dəyişikliyə görə məhkəmə müraciətə 5 gün müddətində baxmalıdır. Xəbər portalları üçün bu, çox uzun bir zamandır. Odur ki , fikrimcə internetlə, onlayn mühitlə əlaqəli məhkəmə baxışlarının operativliyini və peşəkarlığını yüksəltmək üçün, xarici təcrübədə olduğu kimi xüsusi məhkəmələrin ( növbətçi məhkəmələrin ) və İnternet və İT ilə əlaqəli peşəkarların hazırlanması daha doğru olardı. Bu sahə ilə əlaqəli vəkillərin də hazırlanması faydalı olardı. Eyni zamanda bütün bu addımlarla bağlı NRYTN və ya Elektron Təhlükəsizlik Mərkəzinin ictimaiyyətə məlumat verməsi də vacibdir. Əgər icra qurumunun və ya məhkəmənin qərarı ilə resurs qapadılıbsa onda bu resursa giriş zamanı həmin qurumun bununla bağlı qərarının da monitorda görsənməsi vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...