"Ailə əməyinə əsaslanan təsərrüfat dəstəklənir" AÇIQLAMA

"Ailə əməyinə əsaslanan təsərrüfat dəstəklənir" AÇIQLAMA

Kiçik və orta sahibkarlığın inkişafı üçün ABAD layihəsi çərçivəsində Bakıda ilk ABAD mərkəzinin açılması eyni zamanda, sahibkarlara öz məhsullarını yüksək səviyyədə bazara çıxarmağın yolları göstərilir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, ərzaq məhsullarının dövlət tədarükü sistemi yaradılıb, sahibkarlara öz istehsal etdikləri məhsulu əvvəlcədən alıcılara sata və ona uyğun istehsalı artıra bilirlər: "Məlum olduğu kimi, keçirilən müşavirə və konfranslarda Prezident İlham Əliyev tərəfindən dövlət qurumlarının, o cümlədən yerli icra orqanlarının qarşısına kiçik və orta sahibkarlığın inkişafı, iqtisadi sahələrdə islahatların genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və maddi rifahının yüksəldilməsi və digər vəzifələr qoyulub. Burada əsas məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə işlər görməkdən ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə