Sahibkarlıq inkişaf etdirilir ŞƏRH

Bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, konkret halda götürülmüş müəyyən toplumun və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının reallaşdırılması kimi mühüm məqamları özündə ehtiva edir. Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq dərindən təhlil edilir. Sahibkarlığın inkişafına dair bir sıra dövlət proqramları qəbul edilib və sahibkarlıq inkişaf etdirilib. Lakin bu sahədə bir sıra problemlər təbiki qalmaqdadır. Lakin bu problemlərin həlli yolundada bir sıra işlər görülüb. Bu istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Bu gün dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlərin ölkəmizdən yan keçib. Azərbaycanın dayanıqlı inkişafı, bütün sosial proqramların davam etdirilməsi ölkə başçısı İlham Əliyevin inkişaf strategiyasına əsaslanan və müasir inkişaf tempinə cavab verən siyasətin alternativsiz olduğunu bir daha göstərir .

Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz sahibkarlar sinfinin formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda, sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb. Bu gün Azərbaycanda sahibkarlar sinfinin formalaşması üçün hüquqi baza yaradılıb, digər mühüm əməli tədbirlər görülüb, ən əsası isə dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirilib.Görülən işlər nəticəsində sahibkarlıq dünya təcrübəsinə uyğunlaşdırılır, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı ciddi addımlar atılıb. Yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlığın ardıcıl inkişafını təmin edən ən mühüm məsələlərdən biri bu sahədə hüquqi bazanın möhkəmləndirilməsidir. İndiyədək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət proqramları və qanunlar qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ölkəmizdə sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri özündə ehtiva edir. Bu günə qədər sahibkarlara subsidiyalar verilib, güzəştlər edilib, daimi dövlət dəstək olub bundan sonrada olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə