"Azərbaycanda dərman peraparatları ilə bağlı problemlərin yaranmasında əsas rol oynayan səbəblərdən biri odur ki, dərmanlar əsas etibarilə ölkəyə idxal olunur. İnsanlarımızın dərmana olan tələbatı idxal hesabına öənilir". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov dərman qıtlığı ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, əgər dərman bazarımız ancaq idxal üzərindən qurulubsa, bundan ortaya çıxan bir sıra problemlər olur. Ona görə də dərmanların Azərbaycanda istehsal olunması üçün ciddi işlər görülür: "Biz dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi addımını atdıqdan sonra dərman bazarında müəyyən proseslər baş verib, məsələn, müəyyən adamların vərdiş etdikləri dərman adlarından fərqli olaraq, eyni tərkibdə başqa dərmanların gətirilməsi ilə əlaqədar anlaşılmazlıqlar yaranıb. Bizdə insanlar adətən adına alışdıqları dərmanları axtarırlar. Amma eyni tərkibdə, eyni təsir gücünə malik olan başqa adda dərmanlar Azərbaycanın dərman bazarında var. Güman edirəm ki, yaxın zamanda Azərbaycanda bu məsələ də həllini tapacaq. Yəni, Azərbaycanda dərman qıtlığı yox, insanların alışdığı dərman adlarının tapılmaması məsələsi var. Mən xahiş edərdim ki, dərmana ehtiyacı olan vətəndaşlarımız öz həkimləri ilə məsləhətləşib, istifadə etdikləri dərmanların başqa adla apteklərdə olduğunu bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB