ABŞ-da istehlak kreditləri gözləniləndən çox artıb

ABŞ Mərkəz Bankının (Fed) hesabatına görə, istehlak kreditlərinin məbləği fevralda, ötən ilin eyni dövrü ilə müqayisədə 15.2 milyard dollar (4.8 faiz) artaraq 3 trilyon 792 milyard dollara çatıb. Fakta münasibətdə artım gözləntisi 15 milyard dollar olaraq təyin olunub. İstehlakçı kreditləri məbləğindəki artıma kredit kartı kreditlərin 3.5 faiz, Ev, avtomobil və tələbə kreditlərinin isə 5.3 faiz artması təsir edib.

Analitiklər artan istehlak kreditlərinin şəxsi xərcləri dəstəkləyəcəyini bildirirlər. ABŞ-da şəxsi istehlak xərcləri təxminən 18.5 trilyon dollarlıq ümumi daxili məhsulun təxminən 70%-ini yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...