Dünya bazarında neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,92 dollar və ya 1,78% artaraq 52,62 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,87 dollar və ya 1,58% artaraq 55,76 dollar olub.
Azərbaycan nefti də bahalaşır. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,26 dollar və ya 0,48% artaraq 54,97 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB