Türkiyənin bank sektorunun nizamlanması təşkilatı "PAŞA Bank"ın Türkiyədəki törəmə strukturu "PAŞA Yatırım Bankası"na yeni icazələr verib. SİA-nın məlumatına görə, "PASHA Yatırım Bankası" opsion valyuta müqavilələrinin alqı-satqısına, opsion valyuta müqavilələrinin bağlanması zamanı vasitəçilik xidmətləri, kapital bazarı alətlərinin satışı zamanı vasitəçilik xidmətləri, forfeytinq əməliyyatları və sığorta üzrə vasitəçilik xidmətləri üçün icazələr alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB