Dövlət Proqramlarının nəticəsində Azərbaycanın siması dəyişdi. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, bu proqramlar nəticəsində regionlarda sosial - iqtisadi inkişaf , infrastruktur yenilənmələri baş verdi və regionların iqtisadi inkişafı üçün hər bir şey tam təmin olundu: "Demək olar ki, enerji daşıyıcısı, qaz, işıq problemi, yol və körpü salınması, bir sıra obyektlərin tikilməsi və digər problemlər mərhələli şəkildə həll olundu. İş yerlərinin açılması, Azərbaycan brendi məhsullarının istehsalı və ixracatı prosesi başladı. Bu dövlət proqramlarının regionların harmonik inkişafında əvəzsiz rolu oldu".
Musa Quliyev qeyd edib ki, bu proqramlarda hər şey konkret şəkildə göstərilmişdi və həmin proqram icra edildi: "Əsas məqsəd regionlarda yaşayacaq əhalinin sosial - rifah halının yüksədilməsi, məşğulluğun və mədəni sosial ehtiyacların yüksək səviyyədə qarşılanmasının təmin olunması idi. Bunlarda həyata keçdi. Hazırda Azərbaycanın istənilən regionunu, Avropanın istənilən ərazisi ilə müqayisə etdikdə regionun, ərazimizin üstünlüyünü görürük. Hazırda regionlarda yüzlərlə tibb mərkəzi, məktəblər, uşaq baxçaları, idman kompleksləri, parklar, mədəniyyət evləri, rahat yollar olmaqla yanaşı, həmçinin rayonlarda və kəndlərimizdə internet mütəmadi var.
Azərbaycanın istənilən regionunda yaşayan əhalinin mədəni - sosial həyatında çox böyük irəliləyiş və müsbət mənada dəyişikliklər özünü bariz şəkildə göstərir. Bu proqramlardakı əsas məqsədlərdən biri regionlarda, qeyri-neft sektorunun, aqrar o cümlədən, turizm nəqliyyat sektorunun inkişaf etdirmək və yerli sahibkarlığa dövlət dəstəyinin verilməsi idi".
Musa Quliyev sonda qeyd edib ki, Azərbaycandan xarici ölkələrə kadrlar göndərildi və xarici təcrübə öyrənildi. Həmin kadrlar Azərbaycanda öyrənilmiş təcrübəni tətbiq etdilər. Bütövlükdə Azərbaycanın inkişafında son 15 ildəki Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icra edilməsinin, əhəmiyyətli yeri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB