Əsas kapitalın 89,2 faizi məhsul istehsalı obyektlərinin inşasına sərf olunub

Əsas kapitalın 89,2 faizi məhsul istehsalı obyektlərinin inşasına sərf olunub

2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 93,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çox vəsait yönəldilib.

SİA-nın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, istifadə olunmuş vəsaitin 1 milyard 868,3 milyon manatı və ya 89,2 faizi məhsul istehsalı obyektlərinin, 169,3 milyon manatı (8,1 faizi) xidmət sahələri üzrə obyektlərin, 56,1 milyon manatı (2,7 faizi) isə ümumi sahəsi 209,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 25,4 faizi dövlət, 74,6 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə