Azər Badamov: "Edilən dəyişiklik daha çox məbləğdə pensiya hesablanmasına gətirib çıxaracaq"

Azər Badamov: "Edilən dəyişiklik daha çox məbləğdə pensiya hesablanmasına gətirib çıxaracaq"

Milli Məclisin 10 mart tarixində keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunaraq qəbul olunub. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, qanunda əmək pensiyalarının hesablanmasının yeni qaydaları və əmək pensiya yaşı ilə əlaqədar mühüm dəyişikliklər həyata keçirilib. "Dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 110 manat müəyyən olunub. Yeni qaydalara görə artıq pensiyanın hesablanmasında baza hissəsi ləğv olunaraq, ancaq sığorta hissəsi və yığım hissəsinə görə əmək pensiyaları təyin olunacaqdır. Həm də yaşa görə əmək pensiya hüququnun əldə edilməsinin yaş həddi kişilər və qadınlar üçün 2017-ci ildə başlayaraq hər il 6 ay əlavə olunmaqla kişilərə 2021-ci ildən 65 yaş, qadınlar üçün isə 2027-ci ildən 65 yaş müəyyən olunub.

Əmək pensiyalarının hesablanmasında edilən dəyişiklikləri inkişaf etmiş ölkələrin əmək pensiyaları haqqındakı qanunlarına və pensiya hesablanma qaydalarının müasir əmək münasibətlərinə uyğunlaşdırılacağını güman edirəm. Yaş həddinin 65-ə çatdırılması isə vətəndaş əmək pensiyası hüququnu əldə etdiyi zaman, pensiyaya yığılmış vəsaitlərinin artmasına və daha çox məbləğdə pensiya hesablanmasına səbəb olacaq. Ümumiyyətlə qanunda edilən bütün dəyişikliklər dövlət büdcəsi vəsaitlərinə qənaət olunmasına və vətəndaşın əmək fəaliyyəti göstərdiyi zaman, pensiyanın yığım hissəsində daha çox vəsaitin yığılmasına gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə